RU

ABŞ Hörmüz boğazında keçid azadlığını TƏMİN EDİR

ABŞ İrana getməyən və ya İrandan gəlməyən gəmilərin Hörmüz boğazından keçidinə mane olmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayıb.

Qurum bəyan edib ki, ABŞ qüvvələri İrana istiqamətlənməyən və ya İrandan çıxmayan ticarət gəmilərinin boğazdan sərbəst və təhlükəsiz keçidinə heç bir maneə törətməyəcək.

Bu addımın beynəlxalq dəniz nəqliyyatının və enerji daşıyıcılarının təhlükəsizliyini təmin etmək məqsədi daşıdığı qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
63
interpress.az

1Источники