RU

DMM: Türkiyə İsrailə qarşı işğal təhdidi yaratmır

Bəzi media orqanları və sosial şəbəkə paylaşımlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana istinadən yer alan "Türkiyənin İsrailə qarşı işğal təhdidi" yönündə iddialar tamamilə əsassızdır.

"Far.Az" xəbər verir ki, bu, Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Sözügedən paylaşımlardakı iddialar reallıqla üst-üstə düşməyən və regional sabitliyə zərər vermək məqsədi güdən fikirlərdir", - məlumatda bildirilib və əlavə edkilib ki, Türkiyə bütün qaynar nöqtələrdə silahlı qarşıdurmaların dayandırılması, mülki şəxslərin qorunması və qalıcı sülhün bərqərar olmasının tərəfdarıdır:

"Regional böhranların və anlaşmazlıqların həllində də hər zaman beynəlxalq hüququ və diplomatiya kanallarını üstün tutan ölkəmiz gərginliyi artıran deyil, azaldan mövqe nümayiş etdirir.

Türkiyənin mübarizəsini və insani mövqeyini təhrif edərək təqdim etməyə çalışan manipulyativ məzmunlara etibar edilməməlidir".

Избранный
38
far.az

1Источники