ABŞ Prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) Mayamidə keçirilən döyüşlərindən birini izləyib və qalib gələn idmançı ilə rinqdən kənarda söhbət edib.
"Far.Az" xəbər verir ki, bu barədə D. Tramp "Truth Social"da məlumat və video bölüşüb.
"Dünən gecə Mayamidəki möhtəşəm UFC döyüşü münasibətilə Paulo Kostanı təbrik edirəm", - o qeyd edib və Kostanın çempion olacağına inandığını bildirib.
Qeyd edək ki, Braziliya vətəndaşı olan Paulo Kosta döyüşdə ABŞ-də yaşayan rusiyalı (Kabarda Balkar) Azamat Murzakanova qalib gəlib.