RU

SEPAH Hörmüz boğazı ilə bağlıTRAMPA XƏBƏRDARLIQ ETDİ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a xəbərdarlıq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, SEPAH Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının tam nəzarət altında olduğunu bəyan edib və ərazidə pilotsuz uçuş aparatları ilə real rejimdə fasiləsiz müşahidə aparıldığını xatırladıb.

 

“Hər hansı səhv hərəkət düşməni Hörmüz boğazında ölümcül girdaba salacaq”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki. ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin blokadasına başlanacağını, İrana ödəniş edən gəmilərin saxlanılacağını və boğazın minalardan təmizlənəcəyini bəyan edib.

Избранный
8
11
senzor.az

10Источники