RU

ABŞ İrana qarşı dəniz blokadasına başlayır



Bu gündən ABŞ ordusu İranın dəniz blokadasına başlayacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, ABŞ İslam Respublikasındakı limanlara gedən və sahillərindən çıxmağa çalışan bütün gəmiləri bloklayacaq. Bu barədə məlumat verən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, blokada prezidentin fərmanına uyğun olaraq, 13 apreldə saat 10:00-da başlayacaq.

Nəticədə İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı blokadaya alınacaq. Blokada obyektiv şəkildə İran limanlarına və ya sahil ərazilərinə daxil olan və çıxan bütün ölkələrin gəmilərinə tətbiq ediləcək.

Qeyd edək ki, Amerika ilə İran arasında İslambadda baş tutan danışıqların nəticəsiz başa çatmasından sonra Birləşmiş Ştatlar belə bir addım atmağı qərarlaşdırıb.

Anar
Избранный
26
newscenter.az

1Источники