RU

“Ölümündən qabaq bu sözləri deyib: “Belimi bir oğlum sındırdı, bir də Məmmədbağır“ VİDEO

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Əməkdar artist, müğənni Zöhrə Abdullayevaya həsr olunub.

Sənətkarın yaxınları bildiriblər ki, oğlunun vəfatı onun həyatında dönüş nöqtəsi olub.

Müğənni Məmmədbağır Bağırzadənin oğlu Rəhim Bağırzadə mərhum sənətkarın yaşadığı ağrını belə xatırlayıb:

"Ölümündən qabaq bu sözləri deyib: "Belimi bir də oğlum sındırdı, bir də Məmmədbağır".

Yaxınlarının sözlərinə görə, Zöhrə Abdullayeva oğluna son dərəcə bağlı bir ana idi və bu ağır itki onun səhhətinə ciddi təsir göstərib.

Müğənni İzzət Bağırov isə sənətkarın yaşadığı mənəvi sarsıntını belə ifadə edib:

"Övlad itkisinə qalib gələ bilmədi, güc gələ bilmədi".

Əməkdar artist Ruhəngiz Musəvi də Zöhrə Abdullayevanın bu itki qarşısında göstərdiyi dözümü xatırlayaraq deyib:

"Demişdi ki, onun yerində başqası olsa, çoxdan havalanmışdı. Amma görürsünüz, Allah qoruyub".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
9
moderator.az

10Источники