RU

Manuel Noyer baş məşqçi ilə münaqişə səbəbindən DÇ 2026 ya getməyəcək?

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Bavariya"nın 40 yaşlı qapıçısı Manuel Noyer milli komandanın baş məşqçisi Julian Nagelsmann ilə münaqişəsi səbəbindən Almaniya yığmasına qayıtmayacağı ilə bağlı şayiələri təkzib edib. Sport24.az xəbər verir ki, Noyer 2024-cü ilin avqust ayında millidən ayrıldığını açıqlayıb.

Təcrübəli qolkiper məsələ ilə bağlı ZDF kanalına açıqlama verib:

"Bu, sadəcə doğru deyil. Biz əlaqə saxlamışıq. O, "Bavariya"da məşqçim olub. Bizim aramızda heç bir problem yoxdur. Əksinə, yaxşı münasibətlərimiz var. İnsanların dedikləri ikimizi də maraqlandırmır, ona görə də biz buna sakit yanaşırıq.

Mən dünya çempionatına hazırlıq və ya bu prosesdə iştirak etmirəm. Diqqətim tamamilə "Bavariya"ya yönəlib ki, bunu əvvəllər də dəfələrlə demişəm. Sadəcə bu komandanın bir hissəsi olmaqdan zövq alıram. Qarşıda bir çox vacib və həlledici oyunlarımız var və mən onlardan zövq almağa çalışacam".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
sport24.az

1Источники