RU

İsrail Ordusu İrana qarşı əməliyyatın bərpasına hazırlaşır

İsrail Müdafiə Qüvvələri (İMQ) ABŞ və İran arasında "danışıqların iflasından" sonra Tehrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "The Times of Israel" qəzeti yayıb. Bildirilir ki, məlumat İsrail təhlükəsizlik rəsmiləri tərəfindən üç böyük televiziya kanalına ehtimal ki, əlaqələndirilmiş şəkildə sızdırılıb.

Belə ki, "Channel 12" mənbələrə istinad etmədən İMQ-nin yalnız "İranla yenilənmiş münaqişəyə deyil, həm də İrandan mümkün gözlənilməz hücuma hazırlaşdığını" bildirib. Bu arada, Kan Yayım Şirkəti Müdafiə Nazirliyinin yüksək vəzifəli bir məmuruna istinadən bildirib ki, İsrail "İrana qarşı nüvə məsələsi və ballistik raketlər üzərində İrana kifayət qədər təzyiq göstərilmədən çox tez başa çatan müharibəni yenidən başlatmaqda maraqlıdır".

Qəzet qeyd edib ki, yeni mərhələdə ABŞ prezidenti Donald Trampın qərarından sonra ordu "enerji infrastrukturuna zərbələr endirməklə İrana nüvə proqramından imtina etməsi üçün təzyiq göstərməyə çalışacaq".

13-cü Kanaldan verilən xəbərdə isə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamirin orduya "hərbi əməliyyatların dərhal bərpasına" hazırlaşmağı əmr etdiyi bildirilir.

Musavat.com

Избранный
39
musavat.com

1Источники