RU

Arvadını döyən şəxsin məhkəmədə ifadəsi: “Evə gec gəldiyimə görə kobud ifadələr işlətdi”

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ələkbər Əkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

 

İttiham görə, hadisə 29 dekabr 2025-ci il tarixdə, saat 00:45 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alıb.

 

Belə ki, Ələkbər Əkbərov şəxsi münasibətlər zəminində həyat yoldaşı, zərərçəkmiş Lalə Əkbərovanın (adı, soyadı şərtidir) alın nahiyəsinə sağ əli ilə bir dəfə zərbə vurub. Nəticədə qadının alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alıb.

 

Məhkəmə iclasında ifadə verən Ələkbər Əkbərov özünü təqsirli bilərək deyib ki, hadisə baş verən gecə evə gec gəldiyi üçün həyat yoldaşı ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Lalənin ona qarşı kobud ifadələr işlətməsi nəticəsində əsəbiləşərək yataq otağında qadının alın nahiyəsinə bir dəfə zərbə vurub. Zərbənin təsirindən zərərçəkmiş şəxsin alnı yarılıb və qanaxma baş verib.

 

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu vurğulayıb.

 

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Lalə Əkbərova isə ifadəsində bildirib ki, təqsirləndirilən şəxsdən şikayətçidir. Bununla belə, o, Ələkbərin uşaqlarının atası olduğunu nəzərə alaraq, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 13 Aprel 2026, 09:15   
Избранный
8
pravda.az

1Источники