RU

Avstraliya baş naziri: ABŞ dan hərbi yardım üçün sorğu almamışıq

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstraliya Baş Naziri Entoni Albanese bildirib ki, Kanberra ABŞ-dan Yaxın Şərqdəki münaqişədə hərbi yardım üçün heç bir sorğu almayıb. Tək gələn müraciət isə Fars Körfəzi ölkələrinin dəstəyinə aid olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Albanese "9News" telekanalına açıqlamasında qeyd edib.

“ABŞ-dan heç bir sorğu almamışıq. İranda əməliyyatının başlanması barədə bəyanatı gecə saatlarında, bir tərəfli şəkildə verdilər. Bizə iştirak üçün müraciət edilməyib”, – deyə o qeyd edib.

Baş Nazir əlavə edib ki, Kanberraya gələn yeganə sorğu Fars Körfəzi ölkələrinin, “xüsusilə BƏƏ-nin” dəstəyinə aiddir. “Buna cavab olaraq, uzaqmənzilli radar müşahidə təyyarəsi "Wedgetail" göndərilib və bölgədə münaqişəyə qatılmayan ölkələrin müdafiəsini təmin edən vacib vəzifələri yerinə yetirməyə davam edir. Təyyarənin Yaxın Şərqdə qalma müddəti əlavə dörd həftə (7 may 2026-cı ilədək) uzadılıb,” – deyə o bildirib.

Baş Nazir ABŞ-ın hərbi əməliyyatlarına dair açıqlamasını müxalifətin kəskin tənqidləri fonunda verib. Ölkənin əsas Liberal və Milli partiyalarının liderləri, Angus Taylor və Matt Canavan, Avstraliya hökumətini ABŞ-a İranla müharibədə hərbi dəstək göstərməyə çağırıblar. “Avstraliyalıların gözəl xüsusiyyətlərindən biri – dostuna döyüşdə kömək etməkdir. ABŞ dostumuzdur və Fars Körfəzində müttəfiqlərimiz və dostlarımız var ki, onlar da öz vətəndaşlarının əsassız hücumlardan əziyyət çəkirlər. Buna görə də bu ölkələrə yardım etmək üçün əlimizdən gələni etmək tamamilə düzgün və məqsədəuyğundur,” – deyə Canavan "Sky News Australia" kanalına açıqlamasında bildirib.

Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İran əleyhinə müharibəyə başlayıblar. 7 aprel tarixində ABŞ Prezidenti Donald Tramp İrana qarşı iki həftəlik qarşılıqlı atəşkəs elan edib. 11 aprel tarixində İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar, lakin Tehran və Vaşinqtondan bildirildiyi kimi, tərəflər uzunmüddətli münaqişə həlli ilə bağlı razılığa gələ bilməyiblər. Növbəti danışıqların detalları isə hələlik məlum deyil.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
bizimyol.info

1Источники