RU

Macarıstanda seçkilər: Avropa liderlərindən ard-arda təbriklər gəlir

Avropa liderləri müxalifətdəki "Tisza" partiyasının lideri Peter Madyarı Macarıstan parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik ediblər.

"Yeni Sabah" xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bildirib:

"Fransa demokratik iştirakın qələbəsini, Macarıstan xalqının Avropa İttifaqının və Macarıstanın Avropaya sadiqliyini alqışlayır. Qitəmizin təhlükəsizliyi, rəqabət qabiliyyətimiz və demokratiyamız naminə daha suveren Avropaya doğru birlikdə irəliləyək".

O, əlavə edib ki, Madyarın qələbəsi münasibətilə şəxsən təbrik edib.

İtaliyanın Baş naziri Corca Meloni də sosial media paylaşımında Madyarı "əlamətdar seçki qələbəsi" münasibətilə təbrik edib.

"İtaliya və Macarıstan dərin dostluq əlaqələri ilə bağlı ölkələrdir və əminəm ki, xalqlarımızın maraqları naminə və ortaq problemlərin həlli üçün konstruktiv ruhda birlikdə işləməyə davam edəcəyik", - o bildirib.

Meloni Baş nazir Viktor Orbana "uzun illər ərzində göstərdiyi fəal əməkdaşlığa görə" təşəkkür edib.

"Bilirəm ki, hətta müxalifətdə olsa belə, o, millətinə xidmət etməyə davam edəcək", - deyə İtaliyanın baş naziri vurğulayıb.

"Macarıstan. Polşa. Avropa. Yenə birlikdə!" - Polşanın baş naziri Donald Tusk sosial mediada yazıb.

Estoniyanın baş naziri Kristen Mixal öz növbəsində bildirib: "Macarlar vahid Avropa daxilində azad və güclü Macarıstan üçün tarixi seçim ediblər, onların maraqlarını nəzərə almayan qüvvələri rədd ediblər".

İsveç Baş naziri Ulf Kristersson Macarıstandakı seçkilərin ölkə tarixində "yeni bir fəsil" yaratdığını bildirib.

Bu arada, Böyük Britaniyanın Baş naziri Keyr Starmer Madyarın qələbəsini "təkcə Macarıstan üçün deyil, həm də Avropa demokratiyası üçün tarixi bir an" elan edib.

"Hər iki ölkəmizin təhlükəsizliyi və rifahı üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm", - o bildirib.

Almaniya kansleri Fridrix Merz Magyara müraciət edərək bildirib: "Gəlin güclü, təhlükəsiz və ən əsası vahid Avropa yaratmaq üçün qüvvələrimizi birləşdirək".

Xatırıatma: olkin nəticələrə görə, səslərin təxminən 99%-i sayıldığından sonra Peter Madyarın "Tisza" partiyası 199 yerlik parlamentdə 138 yer qazanıb.

Viktor Orban məğlubiyyətini etiraf edib. O, Madyarı təbrik edib və seçki nəticələrini "ağrılı", lakin "aydın" adlandırıb.


Telegram kanalımız
Избранный
25
yenisabah.az

1Источники