RU

“Subaylığa əlvida” partisi qətllə bitdi

Moskvada toyöncəsi təşkil olunan məclisdə (“malçişnik”) bəyin dostlarından birinin ölümü ilə nəticələnən ağır hadisə baş verib. Şənlik zamanı baş verən ehtiyatsızlıq toy hazırlıqlarını yasa boğub.

AzPost xəbər verir ki, hadisənin təfərrüatına görə, məclis iştirakçılarından biri zarafat məqsədilə və ya ehtiyatsızlıqdan qapı istiqamətinə atəş açıb. Təsadüfən qapının arxasında olan bəyin yaxın dostu açılan atəş nəticəsində ağır yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb, o, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Silahdan atəş açan şəxs saxlanılıb. Hadisənin baş vermə səbəbləri və silahın mənşəyi dəqiqləşdirilir.

AzPost.az

Избранный
6
1
azpost.info

2Источники