Bu gün Binəqədi rayonunun bəzi hissələrinin qaz təchizatında fasilə olacaq.
Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.