RU

Bu ölkədə siçana abidə qoyulub

Ajans.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb. Bildirilib ki, abidə ölkənin Siem Reap şəhərində açılıb. Daş heykəl 2016-cı ildən etibarən mina təmizləmə işlərində iştirak edən Maqava adlı nəhəng kisəli erkək siçanın şərəfinə ucaldılıb. Məlumata görə, Maqava beş il ərzində 100-dən çox minanı aşkar edib və 141 min kvadratmetrdən artıq ərazinin təmizlənməsinə kömək göstərib. O, Belçikanın mina təmizləmə üzrə ixtisaslaşmış APOPO xeyriyyə təşkilatı tərəfindən xüsusi təlim keçib. Siçan təxminən 20 dəqiqə ərzində tennis kortu ölçüsündə ərazini yoxlamaq qabiliyyətinə malik olub.

Qeyd olunur ki, abidənin açılışı Beynəlxalq Mina Məlumatlandırma Gününə təsadüf edib.

Избранный
8
Ajans.az

1Источники