RU

Qırğızıstanın milli təhlükəsizlik xidmətinin sabiq rəhbərliyi korrupsiya ittihamı ilə saxlanıldı

BAKI, 13 aprel. TELEQRAF

Qırğızıstanda Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) sədrinin keçmiş müavini Daniel Rısalıyev saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.

Məlumata görə, D.Rısalıyev ötən gün dindirilməyə çağırılıb və daha sonra barəsində saxlanılma qərarı verilib. Onunla yanaşı, xüsusi xidmət orqanının idarə rəislərindən biri də saxlanılıb.

Hər iki şəxs korrupsiyada şübhəli bilinir.

Избранный
19
teleqraf.com

1Источники