RU

İran İslamabad danışıqlarında Trampın qırmızı xətlərini rədd edir -

ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda əsas məsələlərdə ciddi fikir ayrılıqları olduğuna görə razılıq əldə olunmayıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Time qəzeti məlumat yayıb."İran Tramp administrasiyası tərəfindən müəyyən edilmiş bir sıra "qırmızı xətlər"ə, o cümlədən uranın zənginləşdirilməsinin dayandırılmasına, bütün əsas zənginləşdirmə qurğularının sökülməsinə və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasına razılıq verməyib",-məlumatda deyilir.

Həmçinin qeyd olunub ki, İran nümayəndə heyəti bölgədəki müttəfiq silahlı qrupların maliyyələşdirilməsini dayandırmağa və Hörmüz boğazını keçid haqqı almadan tam açmağa razı olmayıb.

İlahə QənbərliMissiya.Az

Избранный
18
missiya.az

1Источники