RU

Kalibaf: “Müharibə etsəniz, müharibə edərik, məntiqlə yanaşsanız, eyni şəkildə cavab verərik”

“Əgər müharibə etsəniz, biz də müharibə edərik. Əgər məntiqlə yanaşsanız, biz də sizə məntiqlə cavab verərik”.

Editor.az xəbər verir ki, bu barədə Pakistanda ABŞ ilə keçirilən danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Qalibaf ölkəsinə qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, danışıqlar “çox gərgin, ciddi və çətin” keçib. Qalibaf qeyd edib ki, ABŞ tərəfinə əvvəlcədən etimad göstərmədiklərini açıq şəkildə bildiriblər. Buna səbəb kimi isə daha əvvəl iki dəfə danışıqlar zamanı hücuma məruz qaldıqlarını göstərib.

20 saatdan artıq davam edən görüşlərdə iştirak edən İran nümayəndə heyətinə təşəkkür edən Qalibaf vurğulayıb ki, ABŞ tərəfindən səsləndirilən təhdidlər İran xalqına təsir göstərməyib və bunu sübut ediblər.

“Əgər ABŞ özü üçün çıxış yolu axtarırsa, yalnız bir yol var — qərar qəbul etmək və İran xalqının etimadını qazanmaq”, — deyə o bildirib və əlavə edib:

“Əgər müharibə etsəniz, biz də müharibə edərik. Əgər məntiqlə yanaşsanız, biz də eyni şəkildə cavab verərik. Heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. İradəmizi bir daha sınamağa çalışsalar, onlara daha ağır dərs verəcəyik”.

ABŞ-ın vitse-prezidenti JD Vance bazar günü açıqlamasında İslamabadda İranla keçirilən birbaşa danışıqların razılıq əldə olunmadan başa çatdığını bildirmişdi.

İran mediasında isə danışıqlarda razılığın əldə olunmamasının səbəbi kimi ABŞ-ın həddindən artıq tələblərinin irəli sürülməsi göstərilib.

//Gülnarə Abasova, Editor.az

Избранный
25
editor.az

1Источники