RU

PAŞA Bank səhmlərinin abunə yazılışını başladıb

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) abunə yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlərinədək davam edəcək. Bunu PAŞA Bankın İdarə heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Onun sözlərinə görə, bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi adlı səhm investorlara təqdim olunur.

"Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir",- o vurğulayıb.

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest, Unicapital və Leobank platformaları və mobil tətbiqlər vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.

Aytac

 

Избранный
1
anews.az

1Источники