RU

Əraqçi: ABŞ-la müqavilə buna görə imzalanmadı

“İslamabadda ABŞ və İran arasında anlaşma memorandumu Amerika tərəfinin mövqeyi səbəbindən imzalanmayıb”.

Bizm.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin “X” sosial şəbəkəsində paylaşımında bildirilib.
 

“İslamabad memorandumu razılaşmaya yaxınlaşanda biz amerikalı həmkarlarımız tərəfindən maksimalizm, şərtlərin davamlı dəyişdirilməsi və sərt mövqe ilə qarşılaşdıq”, – deyə o qeyd edib.


Nazirin sözlərinə görə, İran ABŞ ilə danışıqları xoş niyyətlə aparıb və son 47 ilin ən yüksəksəviyyəli nümayəndələrini İslamabada göndərib.

Xatırladaq ki, Xatırladaq ki, aprelin 11-də İslamabadda təşkil olunan tərəflər arasında danışıqların ilk raundu nəticəsiz yekunlaşıb.


Bizim.Media

Избранный
8
4
bizim.media

6Источники