BAKI, 13 aprel. TELEQRAF
Macarıstanın yeni hökuməti Rusiya ilə enerji resurslarının tədarükü məsələsini müzakirə etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, yeniBaş nazir Peter Madyar danışıqlar masasına oturmağın zəruriliyini vurğulayıb:
"Nə Rusiyanın, nə də Macarıstanın coğrafi mövqeyi dəyişməyəcək. Bizim enerji asılılığımız da olduğu kimi qalır".
P.Magyar həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə aparılacaq dialoqda Ukraynanın maraqlarını təmsil etmək niyyətində deyil.