
Neft kəskin bahalaşdı - Qiymət 100 dolları keçdiYaxın Şərqdəki gərginlik fonunda qlobal bazarda neft qiymətlərində kəskin bahalaşma müşahidə edilib.Ulusum.az xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur.Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 6.92 dollar (7.27%) artaraq bir barel üçün 102.12 dollara çatıb.Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 8.16 dollar (8.45%) artaraq bir barel üçün 104.73 dollar olub.
Diqqət Çəkənlər
Tramp Hörmüz boğazına giriş və çıxışı bloklamağı tapşırıb
İrandakı səfirliyimiz fəaliyyətini bərpa edib
Ölkə tarixində ilk dəfə qadın ordu komandanı oldu