RU

Epşteynin təyyarəsinin adına baxın: hər şey aydındır Zaxarova

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, insan alverində ittiham olunan Cefri Epşteynə məxsus təyyarənin “Lolita Express” adlandırılması onun fəaliyyəti barədə açıq siqnal idi.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vesti” məlumat yayıb.

Zaxarova deyib ki, bu təyyarəyə “Model Express”, “Star Express” və ya “Beauty Express” kimi adlar deyil, məhz “Lolita Express” adı verilib və bu, təsadüfi deyil.

O əlavə edib ki, Hillari Klinton Bill Klintonun bu təyyarədən xeyriyyə səfərləri üçün istifadə etdiyini desə də, insanlar bunun nə olduğunu yaxşı bilirdilər.

Bill Klintonla bağlı da işarə edən Zaxarova bildirib ki, ABŞ siyasətçiləri “yalan danışmağı dayandırmalı”, ictimaiyyət isə “aldadılmamalıdır”.

Qeyd edək ki, “Lolita” rus əsilli ABŞ yazıçısı Vladimir Nabokkovun 1955-ci ildə qələmə aldığı romandır. Əsər azyaşlı qıza xəstə ehtiras duyan avropalı ziyalının dilindən danışılır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
24
globalinfo.az

1Источники