RU

Qalibaf Trampı lağa qoydu: “4 5 dollarlıq benzinin həsrətini çəkəcəksiniz”

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ prezidenti Donald Trampın İrana qarşı dəniz blokadası təhdidini lağa qoyub.Modern.az-ın məlumatına görə, Qalibaf X hesabındakı paylaşdığı paylaşımında bildirib ki, bu cür addımlar sonda insanların 4–5 dollarlıq benzin qiymətlərini arzulamasına gətirib çıxaracaq.Qalibaf Trampın təhdidlərini rədd edib və belə tədbirlərin əks nəticə verəcəyini vurğulayıb.

O, amerikalılara xatırladıb: “Hazırkı qiymətlərdən həzz alın. “Mühasirə” deyilən vəziyyətlə tezliklə 4–5 dollarlıq benzinin həsrətini çəkəcəksiniz”.

Onun paylaşımında Ağ Evin yaxınlığındakı yanacaqdoldurma məntəqələrində benzin qiymətlərini göstərən xəritənin şəkli də yer alıb.

Donald Trump bazar günü xəbərdarlıq edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını blokadaya almağa başlayacaq və beynəlxalq sularda İrana rüsum ödəyən hər bir gəmini yoxlayacaq.

Bununla belə, Tramp bildirib ki, tədbirlər yalnız İran limanlarına gedən və ya oradan gələn gəmilərə yönələcək. Həmçinin qeyd olunub ki, İrana aid olmayan beynəlxalq gəmilər boğazdan sərbəst keçid hüququna malik olacaq.

ABŞ ordusu bazar ertəsi günü saat 14:00-da İran limanlarını blokadaya almağa başlayacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
modern.az

2Источники