RU

II Liqa: İkinci dövrənin son turu başlayır

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Azərbaycan II Liqasında 22-ci tur başlayır. 

Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 oyun keçiriləcək. 

Əvvəlcə "Araz Saatlı" ilə "Göygöl" üz-üzə gələcək. Digər iki qarşılaşma isə yarım saat gec start götürəcək. “Ağdaş” “Kür-Araz”ı, "Şəmkir" isə "Şirvan"ı qonaq edəcək. 

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

Azərbaycan II Liqası

XXII tur

13 aprel 

“Araz Saatlı” – “Göygöl”

Hakimlər: Nahid Xasıyev, Əhməd Əhmədsoy, Cavid Ömərov, Nəriman Ağayev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

Saatlı. Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Ağdaş” – “Kür-Araz”

Hakimlər: Rəsul Babayev, Rəşad Quliyev, Sadiq Əliyev, Xalid Quliyev

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Yavər Rəhimov

Ağdaş şəhər stadionu, 16:00

“Şəmkir” – “Şirvan”

Hakimlər: Sənan Bayramzadə, Taleh Məmmədov, Ağadur Mahmudov, Nail Nağıyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu, 16:00

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
1
fanat.az

2Источники