ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Ədliyyə Nazirliyi ABŞ sanksiyalarına məruz qalan İran neftini alan və ya satan istənilən tərəfi məhkəməyə vermək niyyətindədir.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru vəzifəsini icra edən Todd Blanche "X" hesabında yazıb:
"Ədliyyə Nazirliyi sanksiya tətbiq edilmiş İran neftini alan və ya satan hər kəsi qətiyyətlə məhkəməyə verəcək".
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın dənizdə "tam blokadası" yaratmaq niyyətini açıqlamışdı ki, bu da ötən ilin sonlarında Venesuelaya qarşı həyata keçirilən oxşar tədbirlərə bənzəyir.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.