RU

PAŞA Kapital : lPO layihəsi kapital bazarlarının inkişafında əlamətdar hadisə kimi dəyərləndiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 13 aprel, AZƏRTAC

"PAŞA Bank"ın IPO çərçivəsində səhmlərinin abunə yazılışı layihəsi korporativ təşəbbüs kimi deyil, kapital bazarlarının inkişafında əlamətdar hadisə kimi dəyərləndiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə "PAŞA Kapital"ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin abunə yazılışına başlaması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təmsil etdiyim qurumun anderrayter kimi iştirak etməsi məsuliyyətin və etimadın təcəssümüdür.

“Bu layihə investorlara yeni üfüqlər açır. Bu, həmçinin bazarda keyfiyyət meyarlarının daha da möhkəmlənməsidir. "PAŞA Kapital" olaraq məqsədimiz bazarda etimadın yüksəldilməsi, investorlarla uzunmüddətli münasibətlər qurmaqdır".

"Unicapital"ın baş direktoru Vüqar Namazov isə bildirib ki, kapital bazarları institutlar ona etibar edəndə böyüyür: “Bu gün biz o güvənin şahidi oluruq. Güclü emitent güclü bazar deməkdir. Bu gün biz güclü emitentin güclü bazar formalaşdırması məqsədləri ilə önə çıxmışıq. Strateji inkişaf strateji məqsədlərin investorlara bölüşdürülməsi deməkdir. Biz 20 ilə yaxındır ki, 33 filial, 1 milyondan çox müştəri bazarı ilə müştərilərimizə xidmət edirik və anderrayter həmkarlarımızın yanındayıq".

Fotoqraf - Azər İbrahimov

Video - İlham Nadirov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
azertag.az

1Источники