RU

Malayziyada qanunsuz yanacaq daşıyan iki tanker saxlanılıb

Malayziya hakimiyyət orqanları ölkənin Dənizçilik Nəzarəti Agentliyinə (MMEA) istinadən qanunsuz dizel yanacağı daşımaqda şübhəli bilinən iki tankeri saxlayıb.

Penanq ştatı üzrə MMEA direktoru Məhəmməd Suffi Mohd Ramli bildirib ki, aparılan araşdırma nəticəsində hər iki gəminin bir-biri ilə əlaqəli olduğu və icazəsiz şəkildə bir gəmidən digərinə neft məhsullarının ötürülməsi əməliyyatında iştirak etdiyi müəyyən edilib.

Onun sözlərinə görə, müsadirə olunan yanacağın ümumi həcmi təxminən 800 min litr təşkil edir.

Əməliyyat çərçivəsində Malayziya, Myanma, Rusiya, Filippin və İndoneziya vətəndaşları olan ümumilikdə 22 heyət üzvü də saxlanılıb.

Избранный
22
aznews.az

1Источники