RU

İran ABŞ, İsrail və Körfəz ölkələrini təhdid etdi

ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək haqqı yoxdur və olmayacaq.

Heftelik.az xəbər verir ki, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının bəyanatında qeyd olunub.

 

“Düşmənə bağlı olan gəmilərin Hörmüz boğazından keçməyə haqqı yoxdur və olmayacaq. Digər gəmilər isə İran İslam Respublikasının Silahlı Qüvvələrinin təyin etdiyi qaydalara riayət etməklə əvvəlki kimi boğazdan keçə biləcəklər”,- bəyanatda bildirilib.

Əlavə edilib ki, müharibə başa çatdıqdan sonra da İran Hörmüz boğazına nəzarət üçün daimi bir mexanizm tətbiq edəcək. Qeyd olunub ki, əgər İran İslam Respublikasının limanlarının təhlükəsizliyi təhdid olunsa, Körfəz və Oman dənizində heç bir liman təhlükəsiz olmayacaq.

Избранный
1
9
heftelik.az

10Источники