Keçən il yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə aşkarlanan pozuntunun həcmi məlum olub.
Aznews.az xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat”-da əksini tapıb.
Qeyd edilib ki, yoxlamalara Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib. Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər 342,9 mln. manata bərabər olub.