RU

2026-cı ilin dövlət büdcəsində 263 milyon manat uyğunsuzluq müəyyən edilib

BAKI, 13 aprel. TELEQRAF

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə xərclərində 299,1 milyon manat uyğunsuzluq aşkarlayıb.

Teleqraf sənədə istinadən xəbər verir ki, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib.

Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub.

2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Xərclərin vahid büdcə təsnifatına uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan qanun layihəsinə təsir edən uyğunsuzluğun məbləği 160,4 milyon manat təşkil edib.

Избранный
6
teleqraf.com

1Источники