RU

Şıxlinskilərə hökm oxundu: Ata 24, oğul 8 il həbs cəzası aldı

Uralda azərbaycanlı, keçmiş diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinskiyə OMON əməkdaşını avtomobillə vurması işi üzrə hökm oxunub.

Bizim.Media xəbər verir ki, Şahin Şıxlinski bu epizod üzrə 9 il müddətinə ciddi rejimli koloniyaya məhkum edilib.
 

Lakin nəzərə alınıb ki, o, martın 5-də 20 il əvvəl törədilmiş qətllərlə bağlı digər cinayət işi üzrə artıq 22 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu səbəbdən yekun cəza 24 il müəyyənləşdirilib.


Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski isə həmin iş üzrə 8 il müddətinə ümumi rejimli koloniyaya məhkum olunub.

Qeyd edək ki, söhbət OMON əməkdaşının avtomobillə vurulması ilə bağlı cinayət işindən gedir. İttihama görə, avtomobilin sükanı arxasında Mutvalı Şıxlinski olub.

Bizim.Media

Избранный
7
2
bizim.media

3Источники