RU

Milli Depozit Mərkəzi daha bir ölkə ilə depozitar hesabların açılması üzrə danışıqlar aparır – Elçin Əlizadə (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Milli Depozit Mərkəzi (MDM) daha bir ölkənin depozitarı iləəlaqələrin genişləndirilməsi və hesabların açılması üzərindədanışıqlar aparır.

Bunu Trend-əözəl müsahibəsində Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədriElçin Əlizadə deyib.

O, müsahibəsində qlobal depozitarlarla əməkdaşlıq, birjaticarəti, vahid hesablaşma modeli və risklərin idarə olunması,beynəlxalq inteqrasiya və yeni tərəfdaşlıqlar, eləcə də stratejibaxışlardan bəhs edib.

Qlobal depozitarlarla əməkdaşlıq kapital bazarınaetimadı artırır

Sədr bildirib ki, qlobal depozitarlarla saxlama mexanizmlərininqurulması kapital bazarına keyfiyyət baxımından bir neçəistiqamətdə müsbət təsir göstərir:

“Birincisi, maliyyə institutlarının saxlama xidmətlərinə etibarıartır. Belə ki, beynəlxalq depozitarlarda hüquqi və texnikiuyğunluğun təmin edilməsi daxili infrastrukturun beynəlxalqstandartlara cavab verdiyini göstərir. Bu isə həm xarici, həm dədaxili investorlar üzrə risklərin daha effektiv və şəffaf idarəolunmasına şərait yaradır.

İkincisi, investor hesablarının saxlanması və xərclərinoptimallaşdırılmasıdır. Beynəlxalq depozitarlarda hesablarınmövcudluğu investorların əlavə vasitəçilərə və alternativstrukturlara ehtiyacını aradan qaldırır. Nəticədə əməliyyatxərcləri azalır və investorların bazara çıxış imkanlarıgenişlənir.

Qeyd olunan amillər ümumilikdə kapital bazarında likvidliyinartmasına və investor bazasının genişlənməsinə töhfə verir”.

Qazaxıstanla əməkdaşlıq və əməliyyatlarınavtomatlaşdırılması

E. Əlizadə vurğulayıb ki, Qazaxıstanın mərkəzi depozitarı iləəməkdaşlıq çərçivəsində əsas institusional və hüquqi mərhələlərartıq tamamlanıb:

“Hər iki depozitar arasında qarşılıqlı hesabların açılması təminedilib. Bu da qiymətli kağızların ötürülməsi və saxlanılması üçüntexniki imkanlar yaradır. Hazırda bəzi əməliyyatlar manual qaydadahəyata keçirilə bilir. Paralel olaraq depozitarlar arasında birbaşakommunikasiya və inteqrasiyanın təmin olunması istiqamətindətexniki işlər davam etdirilir. Məqsəd qiymətli kağızlar üzrəəməliyyatların tam avtomatlaşdırılması və onların beynəlxalqstandartlara uyğun olaraq "SWIFT" platforması üzərindən icraedilməsidir. Hədəf cari ilin sonuna qədər bu texniki işləriyekunlaşdırmaq və əməliyyatları manual mərhələdən tamavtomatlaşdırılmış mərhələyə keçirməkdir”.

Birja ticarəti prioritetdir

Sədrin sözlərinə görə, tənzimlənən bazarda Bakı Fond Birjasıplatforması üzərindən həyata keçirilən ticarət prioritet olaraqqalır:

“Həm tənzimləyici qurumun, həm də bazar iştirakçılarının əsasməqsədi likvidliyin məhz birja platformasında cəmlənməsidir və buistiqamətdə işlər davam edir. Bununla yanaşı, birjadankənar bazarda kapital bazarının təbii və zəruri tərkib hissəsidir. Hazırdaqiymətli kağızlar üzrə əməliyyatların birjadankənar bazarda dahasürətli və rahat həyata keçirilməsi üçün daxili infrastrukturuntəkmilləşdirilməsi istiqamətində işlər aparılır. Məqsədhesablaşmaların elektron mühitdə həyata keçirilməsi və investorlarüçün daha effektiv mexanizmlərin yaradılmasıdır”.

Vahid hesablaşma modeli və risklərin idarəolunması

E. Əlizadə müsahibəsindəvahid hesablaşma modeli və risklərinidarə olunmasında danışarkən bildirib ki, hazırda kapital bazarındaticarət limitləri hesablaşma agentlikləri vasitəsilə təmin olunur.Onun sözlərinə görə, bu, bəzi hallarda təminat (qarantiya)mexanizmlərinin tam və effektiv tətbiqinə mane olur və risklərinvahid formada idarə edilməsini çətinləşdirir: “Bu səbəbdən, MilliDepozit Mərkəzi tərəfindən vahid hesablaşma modeli çərçivəsindətəminat mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu yanaşma maliyyəgirovları üzrə mexanizmlərin daha düzgün tətbiqinə, likvidlik vəkredit risklərinin sistemli və şəffaf idarə olunmasına imkanverəcək. Nəticədə əməliyyatların sürətlənməsi, risklərin azalmasıvə hesabına xərclərin optimallaşdırılması təmin olunacaq”.

Beynəlxalq inteqrasiya və yenitərəfdaşlıqlar

Sədr yeni tərəfdaşlıqlarla bağlı suala cavabında isə qeyd edibki, beynəlxalq depozitarlarla əməkdaşlığın genişləndirilməsistrateji prioritet olaraq qalır: “Qazaxıstanın mərkəzi depozitarıvə Türkiyənin Mərkəzi Kağıt Kurulu ilə qarşılıqlı hesablarınaçılması artıq təmin edilib ki, bu da regional inteqrasiyanıgücləndirir.

Eyni zamanda, “Clearstream” kimi qlobal depozitar platformalardahesabların açılması istiqamətində işlər davam etdirilir. Əsasməqsəd beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi, eləcə dəçirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinəqarşı mübarizə üzrə standartların tətbiqidir. Bu uyğunluqbeynəlxalq qurumlarla inteqrasiyanın əsas şərtlərindən biridir.

Bundan əlavə, Milli Depozit Mərkəzi Avrasiya DepozitarlarAssosiasiyasının üzvüdür. Cari ildə daha bir depozitarınassosiasiyaya üzv olması planlaşdırılır və bu istiqamətdədanışıqlar davam edir. Assosiasiya çərçivəsində keçirilən tədbir vəkonfranslar beynəlxalq əlaqələrin genişləndirilməsi üçün əlavəimkanlar yaradır. Milli Depozit Mərkəzi olaraq daha bir ölkənindepozitarı ilə əlaqələrin genişləndirilməsi və hesabların açılmasıüzərində də danışıqlar aparırıq”.

İnvestisiya fondları bazarın inkişafınıdəstəkləyir

E. Əlizadə investisiya fondlarının aktivlərinin saxlanması üzrədepozitar xidmətlərin göstərilməsi funksiyasının Milli DepozitMərkəzinə verilməsini bazar üçün mühüm institusional addım hesabedir. O vurğulayıb ki, investisiya fondları peşəkar idarəetməəsasında fəaliyyət göstəridiyi üçün daha etibarlı maliyyə alətihesab olunur: “Milli Depozit Mərkəzinin bu prosesə daxil olmasıaktivlərin qorunması və nəzarət mexanizmlərini gücləndirir, həmyerli, həm də xarici investorlar üçün etimadı artırır. Eynizamanda, investisiya fondları kiçik məbləğlərlə diversifikasiyaolunmuş portfellərə çıxış imkanı yaradır ki, bu da kollektivinvestisiya mədəniyyətinin inkişafına və investor bazasınıngenişlənməsinə müsbət təsir göstərir”.

Strateji baxış və texnolojigələcək

“2024–2026-cı illər üzrə İnkişaf Strategiyası” çərçivəsindəMilli Depozit Mərkəzi institusional inkişaf, texnoloji modernləşməvə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərindəmərhələli şəkildə fəaliyyət göstərir. Əsas məqsəd həm yerli, həm dəxarici investorlar üçün müasir həllər təqdim edən inteqrasiyaolunmuş platformanın formalaşdırılmasıdır ki, bu da Azərbaycankapital bazarının qlobal maliyyə sisteminə inteqrasiyasını daha dagücləndirəcək”, - sədr qeyd edib.

E. Əlizadə yekunda bildirib ki, hazırda beynəlxalq təcrübədəmərkəzi depozitarlar arasında DLT (Distributed Ledger Technology)texnologiyasının tətbiqi ilə bağlı müzakirələr aparılır: “Blokçeyntexnologiyası da bu yanaşmanın tərkib hissəsidir. Qiymətlikağızların tokenləşdirilərək rəqəmsal aktivlər kimi emissiyası butexnologiyalara olan tələbatı artırır. DLT texnologiyasının tətbiqihesablaşma müddətlərinin azalmasına və əməliyyatların daha səmərəlihəyata keçirilməsinə imkan yaratsa da, beynəlxalq səviyyədə hüquqivə tənzimləyici bazanın hələ tam formalaşmaması pulhesablaşmalarının icrasında müəyyən çətinliklər yaradır”.

Избранный
20
az.trend.az

1Источники