RU

Xınalıq yolundakı “qar divar”lar - FOTOLENT

Quba, 13 aprel, AZƏRTAC

Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb. Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrindən qarın hündürlüyü 3 metrə çatır. Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilomoterdək məsafədə müşahidə etmək olar.

AZƏRTAC fotoqraf Lyokinin ərazidən çəkdiyi fotoları təqdim edir.

Müxbir - Elxan Yusifli

Избранный
3
6
azertag.az

9Источники