RU

Büdcə idarəetməsində nöqsanlar aşkarlanıb

ain.az, Modern.az portalına istinadən məlumat verir.

2025-ci ildə 36 auditdə büdcə idarəetməsində nöqsanlar aşkarlanıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.   

Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun keçirilmiş 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində müxtəlif nöqsanlar müəyyən edilib. Bu nöqsanlar əsasən gəlir və xərc planlarının proqnozlaşdırılması, vəsaitlərin icrası, əməyin ödənişi və xərclər üzrə normativ və prosedurlara əməl olunmaması ilə bağlı olub.

Palata sədri bildirib ki, dövlət vəsaitlərinin planlaşdırılması və icrası prosesinin müxtəlif mərhələlərində problemlər qalmaqdadır. O qeyd edib ki, bəzi təşkilatların proqnozlaşdırma prosesinə lazımi diqqət ayırmaması icra faizinin aşağı olmasına, vəsaitlərin təyinatının dəyişdirilməsinə və bəzi hallarda kassa icrası göstəricilərinin təhrifinə səbəb olur. Bununla yanaşı, əvvəlki illərlə müqayisədə xəzinədənkənar qalıqların azalması müsbət hal kimi qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
modern.az

1Источники