RU

İşçilərə VACİB XƏBƏR: Gecikən maaşa görə əlavə ödəniş tələb edə bilərsiniz

Bəzi hallarda müəssisələrdə əməkhaqlarının ödənilməsində gecikmələr müşahidə olunur. Bu kimi vəziyyətlər işçilər üçün müəyyən çətinliklər yaratsa da, əmək qanunvericiliyi onların hüquqlarını qorumaq üçün konkret mexanizmlər nəzərdə tutur.

Bəs belə hallarda vətəndaş nə etməlidir? Əməkhaqqı gecikdirildikdə qanun nə deyir?

Day.Az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi zamanı işçiyə hər gecikdirilmiş gün üçün əməkhaqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.

Qanunvericiliyə görə, işəgötürən bu ödənişi könüllü şəkildə etmədikdə, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edərək həmin ödəncin verilməsini tələb edə bilər.

Qeyd edək ki, belə hallarla qarşılaşan vətəndaşlar ilk növbədə əmək müqaviləsinin şərtlərini diqqətlə yoxlamalı, daha sonra isə hüquqlarının qorunması üçün aidiyyəti qurumlara və ya məhkəməyə müraciət etməlidirlər.

Избранный
23
day.az

1Источники