RU

Qazaxıstanın Baş naziri Aktau-Bakı marşrutunun inkişafını sürətləndirməyi tapşırıb

Astana.Trend:

Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau–Bakı marşrutu üzrəyeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə bağlı işlərinsürətləndirilməsini tapşırıb.

Trend Qazaxıstanhökumətinə istinadən xəbər verir ki, bunu o, ölkənintranzit-nəqliyyat inkişafı sahəsində prezident tapşırıqlarınınicrasına dair keçirilən müşavirədə bildirib.

Baş nazir qeyd olunan marşrut üzrə fəaliyyət göstərəcək altıkonteynerdaşıyan gəminin alınması prosedurlarının uzanmasına diqqətçəkib.

Bundan əlavə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutununinkişafına xüsusi önəm verilib. Hökumətdə bildirilib ki, TBNM üzrəçatdırılma müddətlərinin azaldılması, “Altınköl – Poti/Batumi”marşrutu üzrə vahid tariflərin tətbiqi, eləcə də Azərbaycan vəGürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyasıistiqamətində işlər aparılır.

Hazırda ümumi uzunluğu 3,9 min km olan dəmir yolu üzrə iriinfrastruktur layihələri həyata keçirilir. Bunlara “Moyıntı –Qızıljar” və “Baxtı – Ayagöz” xətlərinin tikintisi, həmçinin“Altıngöl – Jetigen”, “Şalkar – Beyneu”, “Beyneu – Manqistau” vədigər sahələrin modernləşdirilməsi daxildir.

Qeyd edək ki, Kazmortransflot (“KazMunayGas”ın törəmə şirkəti)2025-ci ildə Aktau–Bakı–Aktau marşrutu üzrə 59,4 min iyirmi futekvivalentində (TEU) konteyner daşıyıb. Bu göstərici 2024-cü illə(51,4 min TEU) müqayisədə 15 faizdən çox artıb.

Məqalədə:
Избранный
12
az.trend.az

1Источники