Bakı. Trend:
Ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri iləümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb, bundanuyğunsuzluq məbləği 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln.manat, səmərəsiz xərclər isə 342,9 mln. manat təşkil edib.
Trend xəbərverir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyətihaqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, uyğunsuzluq məbləğinin 170,4 mln. manatınıbüdcəyə hesablanmış zərər təşkil edib: “Büdcəyə hesablanmış zərərin101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isəmüvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədəqərar qəbul edilmişdir. 28,7 mln. manatının əhaliyə sosialxarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpasıistiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərinmüvafiq qaydada dayandırılması barədə qərar verilmişdir”.
“2025-ci il üzrə 48 kənar dövlət maliyyə nəzarəti (KDMN)tədbirinin 47,9%-i ilk dəfə keçirilmişdir. Son 5 ildə HesablamaPalatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarətitədbirlərinin təhlili ilk dəfə keçirilən KDMN tədbirlərinin sayınıncəmi portfelə nisbətinin 2023-cü ildən etibarən artan dinamika üzrəhərəkət etdiyini göstərir. Belə ki, bu göstərici 2023-cü il üzrə42,2%-dən 2025-ci ildə 47,9%-ə yüksəlmişdir. Qeyd edək ki, ilk dəfəkeçirilən nəzarət tədbirlərinin artımı auditlərin əhatə dairəsiningenişlənməsinə də bilavasitə təsir etmişdir”, - V. Gülməmmədov qeydedib.