RU

Naxçıvanda vergi ödəyicilərinin sayı artıb

Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında 55 051 vergi ödəyicisi olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 7,6 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7,8 %, idarə, müəssisə və təşkilatların sayı isə 4,5 % artıb.

Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 14,6 % çox – 1 832 vahid təşkil edib.

Kommersiya qurumlarının 86,4 %-i elektron qaydada qeydiyyata alınıb.

"Cebheinfo.az"

Избранный
15
cebheinfo.az

1Источники