RU

Qazaxıstan Orta Dəhlizin inkişafını sürətləndirir

Bakı, 13 aprel, AZƏRTAC

Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca çatdırılma müddətlərinin azaldılması, “Altınkol-Poti-Batumi” marşrutu üzrə birbaşa tariflərin tətbiqi, həmçinin Azərbaycan və Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyası üzərində işləyir.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələlər Baş nazir Oljas Bektenovun sədrliyi ilə keçirilən iclasda müzakirə olunub.

Bektenov “Aktau-Bakı” marşrutu üçün altı konteyner gəmisinin alınmasında gecikmələri qeyd edib və bu marşrutda yeni gəmilərin yerləşdirilməsini sürətləndirmək tapşırığını verib.

2025-ci ilin sonuna qədər dəmir yolu ilə tranzit yüklərin həcmi 2024-cü illə müqayisədə 20 faiz çox olub və 33 milyon tona çatıb. 2026-cı ilin yanvar-mart ayları arasında tranzit həcmləri daha 14 faiz artıb.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Избранный
19
1
azertag.az

2Источники