Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı,13 aprel, AZƏRTAC
2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu auditlərinin əhatə dairəsi 4,1 milyard manatdan çox olub. Auditlərin 4-də dövlət proqramı, 2-də beynəlxalq layihə, 4-də strateji planlaşdırma institutu, 6-da Ortamüddətli Xərclər Çərçivəsi üzrə sektor strateji planlar, 16-da Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirmələr aparılıb. Bu auditlərin 9-u sosial, 8-i aqrar, 4-ü ekoloji və 5-i digər (elektron hökumət, investisiya və s.) sahələri əhatə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.