RU

Bu il planlaşdırılan auditlərin sayı və əhatə dairəsi açıqlanıb

Bu il planlaşdırılan auditlərin sayı və əhatə dairəsi açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat”ın müzakirəsi zamanı bildirib.

Qeyd edilib ki, 2026-cı ildə 45 audit planlaşdırılıb. O cümlədən təhsil, səhiyyə müəssisələri, Qarabağ və su təsərrüfatında investisiya layihələri, dövlət satınalmaları, məqsədli büdcə fondları, büdcədənkənar dövlət fondlarından Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri, bəzi beynəlxalq tədbirlər üzrə auditinin keçirilməsi nəzərdə tutulub.

Избранный
1
3
apa.az

4Источники