RU

“Mossad”a yeni rəhbər təyin edildi

Yeniavaz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrail Baş naziri Binyamin Netanyahunun hərbi katibi general-mayor Roman Hoffman İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri təyin edilib.

Yeniavaz.com “The Times of Israel” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrail hökumətinin ofisi məlumat yayıb.

Nəşrin məlumatına görə, baş nazir öz köməkçisini təyin edən rəsmi sənəd imzalayıb.

Sənədə görə, Hoffman vəzifəsinin icrasına iyunun 2-də başlayacaq və beş il kəşfiyyat xidmətinə rəhbərlik edəcək.

Qeyd edək ki, “Mossad”ın əvvəlki rəhbəri David Barnea 2021-ci ilin may ayından bəri Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edib.

Xatırldaq ki, Roman Hpffmann Belarusda anadan olub. O, 1990-cı ildə 14 yaşında ailəsi ilə birlikdə İsrailə köçüb. “Mossad”a yeni rəhbəri İsrail Müdafiə Qüvvələrinin (İDF) zirehli korpusunda xidmət edib, o cümlədən diviziyaya komandanlıq edib. Hoffman sonradan İsrail Müdafiə Qüvvələrindən təqaüdə çıxıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
yeniavaz.com

1Источники