RU

“Kapitalbank”ın qazanc tələsi: Kartdan özünə köçürmələrdən pul tutur

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu sözlər iqtisadçı-ekspert Samir Əliyevə məxsusdur. O bildirib ki, özü “Kapitalbank”ın məhsulu olan “Birbank”ın debet və kredit kartlarından istifadə edir: “Özlərinin tövsiyəsilə kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürmək əvəzinə səhvən kredit kartından özünə köçürmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Kredit kartından başqa karta yox, məhz özünə köçürmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdılaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesab əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur”.

Ekspertin sözlərinə görə, o, bankın təmsilçisindən niyə bu əməliyyata icazə verildiyini soruşub: “Niyə kartdan elə özünə köçürməni texniki olaraq qeyri-mümkün etmirlər? Axı bu çətin deyil. Cavab verdirlər ki, təklifinizi nəzərə aldıq, gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq? Sual, təbii ki cavabsız qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdə deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır”. Samir Əliyev Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsinin faktiki olaraq müdafiədən kənarda qaldığını vurğulayıb. Bu hüquqlar kütləvi şəkildə pozulur, müdafiə edən mexanizmləri isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadılır, səhv və yarımçıq məlumat verməklə kredit bataqlığına salırlar. “Oturub havadan müqavilə tərtib edir, sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir”,- ekspert vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
2
azvision.az

3Источники