RU

Azərbaycan millisinin forvardı Avropada qala bilər - bu klub onu istəyir

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun yeni mövsümə hansı klubda başlayacağı hələ ki dəqiq deyil. Amma onun "Motor"da qalmayacağı dəqiqdir.

Sportal.az saytına verilən məlumata görə, millimizin forvardı Polşada qala bilər.

Belə ki, yüksək liqada mübarizə aparan "Krakoviya" Dadaşovun xidmətində maraqlıdır. 

Krakov təmsilçisi mövsümün sonunda ona bir illik müqavilə təklif edəcək. Artıq indidən Renatla ilkin danışıqlara start verilib.

26 yaşlı futbolçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Yığma komandamızın üzvü “Ayntraxt”(Frankfurt), “Eştoril”, “Pakoş Ferreyra”, “Vulverhempton”, “Qrasshoppers”, “Tondela”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Избранный
3
1
sportal.az

2Источники