RU

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 12-nə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Elmir Vaqif oğlu Qubadovun idarə etdiyi “Toyota Carolla”nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqif oğlu Əsgərov və 1984-cü il təvəllüdlü  Samir Qismət oğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaqub oğlu Əhmədov isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisəyə yük maşınının sutkanın qaranlıq vaxtı təhlükəsizlik tədbirlərinə əməl etməməsi səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
4
qafqazinfo.az

5Источники