Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır.
Redaktor.az xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb.
Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrindən qarın hündürlüyü 3 metrə çatır.
Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır. Bu mənzərəni bəzi yerlərdə bir kilomoterdək məsafədə müşahidə etmək olar (AZƏRTAC).






