RU

Dövlət xərclərinə nəzarət gücləndirilməlidir Deputat

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Dövlət vəsaitlərinin səmərəli istifadəsi ilə bağlı ayrıca qanun qəbul olunmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputatın sözlərinə görə, aparılan yoxlamalar göstərir ki, büdcə qanunvericiliyinin pozulması və satınalma sahəsindəki nöqsanlar ümumi pozuntuların təxminən üçdə ikisini təşkil edir.  Bu baxımdan o, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, mövcud problemlərin aradan qaldırılması və bu sahədə vahid yanaşmanın formalaşdırılması üçün ayrıca qanun və ya sənədin qəbul edilməsi, Milli Məclisdə bu sahədə ictimai dinləmənin keçirilməsinin zəruri hesab edib.

Deputat vurğulayıb ki, daxili audit mexanizmlərinin gücləndirilməsi də əsas prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə, daxili auditin obyektivliyi artırılmalı, müasir tələblərə uyğun qurulmalı və çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət etməlidir.

“Hesablama Palatasının rəqəmsallaşma və süni intellekt istiqamətində fəaliyyətinin genişləndirilməsi müsbət haldır, lakin bu sahədə qanunvericilik bazasının da gücləndirilməsinə ehtiyac var”. – o bildirib.

Deputat əlavə edib ki, Hesablama Palatasının təqdim etdiyi təklif və tövsiyələrin icra vəziyyəti ilə bağlı Milli Məclisə daha geniş və sistemli məlumatların təqdim olunmasına yenidən baxılmalıdır. O bildirib ki, bu yanaşma həm parlamentin nəzarət funksiyasını gücləndirəcək, həm də Palatanın fəaliyyətinin effektivliyini artıracaq.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
2
icma.az

3Источники