RU

Rəşad Sadıqov portuqaliyalıdan razıdır – Müqavilə təklif ediləcək

“Zirə” qapıçısı Tiaqo Silva ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, Rəşad Sadıqov 26 yaşlı qolkiperin çıxışından razıdır. Təcrübəli mütəxəssis Silvanı növbəti illərdə də komandada görmək istəyir.

Bu səbəbdən də ona yeni müqavilə təklif ediləcək. Portuqaliyalı qolkiperin yayda “Zirə” ilə sözləşmə uzadacağı gözlənilir.

Xatırladaq ki, Tiaqo Silva 2023-cü ildən “qartallar”da çıxış edir. O, cari mövsüm “Zirə” komandası ilə bütün turnirlərdə 29 oyunda forma geyinib.

Избранный
12
idmanxeber.az

1Источники