RU

Xəzərdə baş verən zəlzələdən sonra yeni risk varmı? - AÇIQLAMA

Xəzər dənizində aprelin 8-də qeydə alınan 5.3 maqnitudalı zəlzələdən sonra regionda afterşokların davam edəcəyi gözlənilir.

News365.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, baş verən güclü seysmik hadisə yeraltı laylarda və tektonik bloklarda hərəkətliliyə səbəb olub və bu proses bir müddət davam edəcək:

“Zəlzələ zamanı 500-dən çox təkan qeydə alınıb. Bu, kifayət qədər yüksək göstəricidir. Güclü enerji boşalması baş verib və afterşoklar davam edəcək. Lakin əhali narahat olmamalıdır, bunlar əsasən xırda təkanlardır.”

Qurum rəhbəri bildirib ki, yaxın dövrdə 5 baldan yuxarı güclü zəlzələ ehtimalı gözlənilmir, lakin 3 baldan yuxarı təkanlar hiss oluna bilər.

“Seismik aktivlik tədricən fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək,” – deyə o qeyd edib.

Qurban Yetirmişli həmçinin zəlzələlərin başvermə mexanizmini izah edərək bildirib ki, Yer qabığında hərəkətdə olan tektonik plitələr və bloklar arasında yaranan gərginlik nəticəsində qırılmalar baş verir.

Onun sözlərinə görə, bu proses zamanı enerji ayrılır, dalğalar yayılır və nəticədə afterşoklar şəklində kiçik təkanlar qeydə alınır.

News365.az

Избранный
17
news365.az

1Источники