RU

500 dən çox təkan oldu: Bakıda güclü zəlzələ gözlənilir? AÇIQLAMA

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Dağıdıcı zəlzələ ehtimalı yoxdur"Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Respublika Seysmoloji Xidmət Mərkəzi baş direktoru Qurban Yetirmişli Xəzər dənizində son günlər qeydə alınan seysmik aktivliklə bağlı Demokrat.az-a açıqlamasında deyibO bildirib ki, aprelin 8-də baş vermiş 5.3 maqnitudalı zəlzələdən sonra bölgədə afterşoklar mərhələsi davam edir və bu proses tamamilə təbii geodinamik hadisədir.Mütəxəssisin sözlərinə görə, əsas təkan tektonik qırılma zonasında süxur laylarında parçalanma prosesini aktivləşdirib və hazırda həmin zonada həm sıxılma, həm də genişlənmə mərhələləri müşahidə olunur. Nəticədə toplanmış gərginlik tədricən boşalır və bu, çoxsaylı xırda təkanlar şəklində özünü göstərir.Qurban Yetirmişli bildirib ki, artıq 500-dən çox təkan qeydə alınıb, lakin onların yalnız az hissəsi 3 maqnitudadan yüksək olub. Onun sözlərinə görə, bu tip seysmik aktivlik müəyyən müddət davam edəcək və yeraltı gərginlik tam boşaldıqdan sonra regionda fon səviyyəsinə enəcək.“Bu zaman həm sıxılma, həm də genişlənmə prosesləri gedir və nəticədə enerji ayrılması baş verir. Həmin əsas zəlzələdən sonra toplanmış gərginliyin boşalması prosesi gedir və bu da çoxsaylı xırda təkanlar, afterşoklar şəklində özünü göstərir. Ümumilikdə 500-dən çox təkan qeydə alınsa da, onların çox az hissəsi 3-dən yuxarı maqnitudaya malik olub. Bu proses müəyyən müddət davam edəcək və yalnız yeraltı gərginlik tam boşaldıqdan sonra seysmik aktivlik adi fon səviyyəsinə enəcək. Bu isə qısa müddətdə deyil, mərhələli şəkildə baş verir. Artıq əsas güclü enerji boşalması baş verdiyinə görə, həmin ərazidə dağıdıcı gücə malik yeni zəlzələnin baş vermə ehtimalı yoxdur. Buna görə də əhali narahat olmamalıdır”.Baş direktor əlavə edib ki, hazırkı mərhələdə əsas enerji boşalması baş verdiyi üçün dağıdıcı gücə malik yeni zəlzələnin baş vermə ehtimalı yoxdur. O həmçinin vurğulayıb ki, müşahidə olunan afterşoklar gözlənilən seysmik proseslərin tərkib hissəsidir.Qurban Yetirmişlinin proqnozlarına görə proses qısa müddətli deyil, mərhələli şəkildə zəifləyəcək və bölgədə seysmik aktivlik tədricən normal fon səviyyəsinə qayıdacaq.Qeyd edək ki, bir neçə gündür ki Xəzər dənizində zəlzələlər baş verir.Leyla Turan

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники